Dövlət Kukla Teatrında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasının premyerası keçirilib

Dövlət Kukla Teatrında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasının premyerası keçirilib
# 27 oktyabr 2014 10:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edib.

Nəzm formasında təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid İbrahimov ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR