“Gəncəbank” aktivlərini artırıb

“Gəncəbank” aktivlərini artırıb
# 06 noyabr 2014 13:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Gəncəbank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 131,502 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,07% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 45,37% artaraq 112,347 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 0,893 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 36,66% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi 2014-cü ilin III rübünə 22,064 mln. manat olub ki, ötən ilin analoji dövrü ilə müqayisədə 25,54% artım müşahidə olunur və bununda 17,599 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin 7,927 mln. manat təşkil edir ki, bu da ötən il ilə müqayisədə 4,80 dəfə çoxdur və bu məbləğ kredit portfelinin cəmi 7,06%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 3,81% azalaraq 5,277 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 4,817 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,52% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 31,82% artaraq 52,809.55 mln. manata çatdığı halda, nizamnamə kapitalı 25,00% artaraq 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 4,03 dəfə artaraq 12,294 mln. manat, xərcləri isə 4,03 dəfə artaraq 10,614 mln. manata çatıb.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 1,680 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 5 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR