Pənah Hüseyn: “İsa Qəmbər başqanlıqdan getdikdən sonra bəzi siyasi partiyaların rəhbərləri ona müəyyən təkliflər ediblər”

Pənah Hüseyn: “İsa Qəmbər başqanlıqdan getdikdən sonra bəzi siyasi partiyaların rəhbərləri ona müəyyən təkliflər ediblər”
# 06 noyabr 2014 13:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “İsa Qəmbər Nizamnaməyə uyğun olaraq Müsavat Partiyasının başqanlığından gedib, amma Azərbaycan siyasətindən getməyib. Onun Müsavat Partiyasının siyasətinin müəyyən olunmasında şübhəsiz ki, rolu, təsiri qalır".

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin deyib.

P. Hüseyn bildirib ki, İ. Qəmbər başqanlıqdan getdikdən sonra bəzi siyasi partiyaların rəhbərləri ona müəyyən təkliflər ediblər: “Bir sıra partiyalar İsa Qəmbərə Avrointeqrasiya Hərəkatına başladılması və bu Hərəkata liderlik etməsini təklif etmişdilər. Ümumiyyətlə, Əbülfəz Elçibəydən sonra müxalifətin lider problemi yaranmışdı və bu rol xeyli dərəcədə İsa Qəmbərin üzərinə düşürdü. Biz hazırda siyasi proseslərin müəyyən siyasi platformaların ətrafında cərəyan etməsi dövrünə daxil olmuşuq, amma burada lider problemi hələ uzun müddət, bəlkə də daim aktuallığını saxlayacaq. Məncə, İsa Qəmbər bu mənada önəmli rollardan birini oynayacaq”.

P. Hüseyn deyib ki, hazırda Müsavat Partiyası “keçid dövrü problemləri” yaşayır: “Ayrı-ayrı şəxslərin partiyadan ayrılması əlbəttə, arzu edilən hal deyil. Ancaq konkret şəxsin timsalında desək, Nəsib Nəsibli Müsavat Partiyasından gedib, müsavatçılıqdan getməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR