Sabah “Bakı Elm Festivalı – 2014” ilə əlaqədar jurnalistlərin texnoparka ekskursiyası təşkil olunacaq

Sabah “Bakı Elm Festivalı – 2014” ilə əlaqədar jurnalistlərin texnoparka ekskursiyası təşkil olunacaq
# 06 noyabr 2014 10:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 7-də “Bakı Elm Festivalı – 2014” ilə əlaqədar media nümayəndələri üçün texnoparka ekskursiya təşkil olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məqsəd press-tur çərçivəsində ictimaiyyətə festival haqqında məlumat vermək və jurnalistləri festivalın proqramında əksini tapan məsələlərlə tanış etməkdir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək festival AMEA-nın təşəbbüsü, Bakı şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə noyabrın 10-11-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR