Rusiyada axtarılan azərbaycanlı Bakıda yaxalanıb

Rusiyada axtarılan azərbaycanlı Bakıda yaxalanıb
# 16 oktyabr 2014 10:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan daha bir nəfər Azərbaycanda həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) axtarışda olan Tofiq Rəhimov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR