Naxçıvanda MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının iclası keçirilib - FOTO

Naxçıvanda MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 18 sentyabr 2014 06:40 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, iclasa sədrlik edən Azərbaycan FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov iclasın yekun qərarının layihəsi barədə iştirakçı dövlətlərin nümayəndələrini ətraflı məlumatlandırıb.

İclasın yekun qərarının layihəsi müzakirəyə çıxarılıb, təkliflər də nəzərə alınmaqla yekdilliklə qəbul edilib.

Qərarda iştirakçı dövlətlər arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanır. Bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmağın önəmi qeyd olunur.

Sənəddə iştirakçı dövlətlərin qanunvericiliyindəki müsbət dəyişikliklərin əhəmiyyəti qeyd olunmaqla bərabər, neft-qaz sahəsində, o cümlədən mürəkkəb və təhlükəli istehsalat obyektlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da konkret istiqamətlərdə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılır.

Sonda iclasın yekun qərarının imzalanması mərasimi keçirilib. Bununla da MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası öz işini başa çatdırdı.

Xatırladaq ki, “Təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş 2001-ci il sentyabrın 28-də Moskvada MDB dövlətlərinin hökumət başçıları tərəfindən qəbul edilib. Bu Sazişin həyata keçirilməsi üçün MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurası yaradılıb. Şuranın iclasları hər il Sazişin iştirakçısı olan dövlətlərin birində keçirilir. Sənədə müvafiq olaraq MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası sentyabrın 16-17-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR