Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 03 noyabr 2014 11:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin oktyabr ayının 1-nə 21 133,1 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 519,5 mln. manat və ya 19,98% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda avqust ayı ilə müqayisədə bu ilin sentyabrında geniş mənada pul kütləsi 173,3 mln. manat və ya 0,81% azalıb. Yanvar-sentyabr aylarında isə geniş mənada pul kütləsində 9,6%-lik artım qeydə alınıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 558,2 mln. manat və ya 17,3% artaraq oktyabrın 1-nə 17 367,8 mln. manata çatıb, sentyabr ayında isə 84,6 mln. manat və ya 0,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR