Kürdəmirdə ev yanaraq yararsız hala düşüb - VİDEO

Kürdəmirdə ev yanaraq yararsız hala düşüb - <span style="color: red;">VİDEO
# 06 noyabr 2014 13:53 (UTC +04:00)

Evdə qalan nənə və nəvə yanğından son anda xilas olunub

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan olmasa da, ev içəridəki əşyaları ilə birgə yanaraq külə dönüb. Bir ailənin evsiz qalması ilə nəticələnən yanğın hadisəsi rayonun Köhünlü kəndində qeydə alınıb. Hadisə bu gün günorta saatlarında kənd sakini Ataş Şükürova məxsus evdə baş verib. Hadisə şahidlərinin sözlərinə görə yanğın qısa müddətdə güclənərək evi tamamilə əhatə edib. Hadisə zamanı evdə qalan nənə və nəvə yanğınsöndürənlər tərəfindən mənzildən çətinliklə də olsa çıxarılıb. Ümumi sahəsi 225 kvadratmetr olan 4 otaqlı ev içəridəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə yanğına elektrik naqilində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR