Nyu-Yorkda 3 minə yaxın insan Fələstinə dəstək nümayişi keçirib

Nyu-Yorkda 3 minə yaxın insan Fələstinə dəstək nümayişi keçirib
# 26 iyul 2014 08:53 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Nyu-Yorkun “Times Square” meydanında 3 minə yaxın insan Fələstinə dəstək nümayişi keçirib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, İsrail ordusunun Qəzada keçirdiyi hərbi əməliyyatlara etiraz edən nümayişçilər “Fələstinə azadlıq!”, “Müharibəni durdurun!” və “İsrail, mən sadəcə uşağam, öldürmə məni!” şüarları səsləndiriblər.

Nümayişçilər ABŞ-dan İsrailə dəstək və yardımı dayandırmağı tələb ediblər. Qeyd edək ki, iyulun 7-dən bu günə kimi Qəzzada 200-dən çoxu uşaq olmaqla 884 dinc sakinin öldürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR