Bakıda “Azərbaycan rəssamlarının foto portretləri” sərgisi keçiriləcək

Bakıda “Azərbaycan rəssamlarının foto portretləri” sərgisi keçiriləcək
# 02 dekabr 2014 08:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V. Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər Birliklərinin üzvü Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının foto portretləri” adlı sərgisinin açılışı keçiriləcək.

İttifaqdan APA-ya verilən məlumata görə, sərgidə ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarından bir qrupunun portreti nümayiş olunacaq.

Həmçinin sərgidə Ş. Nəzərlinin son illər çapdan çıxmış iki kitabının satış-təqdimatı da olacaq.

Qeyd edək ki, bu qəbildən olan sərgi Rəssamlar İttifaqının tarixində ilk dəfə təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR