Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb
# 18 oktyabr 2014 08:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində bir mənzildən külli miqdarda pul oğurlayan şəxslər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 24-nə keçən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesində yaşayan Oktay Əsədovun evindən pəncərədən keçməklə 23 000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Coşqun Mirzəyev və Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Asif Novruzov yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR