Almaniya XİN başçısı: “Ukraynanın bütövlüyü sual altına alına bilməz”

Almaniya XİN başçısı: “Ukraynanın bütövlüyü sual altına alına bilməz”
# 03 noyabr 2014 12:50 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Biz Rusiya və onu prezidentini pisləyəcəyik. Ukraynanın bütövlüyü sual altına alına bilməz”.

APA-nın məlumatına görə, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer “Tvitter” səhifəsində yazıb.

Almaniyalı diplomat separatçıların Ukraynanın şərqində keçirdiyi seçkilərin Rusiyanın imzaladığı Minsk razılaşmasına zidd olduğunu qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqının ali komissarı Federika Moqerini də şərqi Ukraynada keçirilən seçkiləri qeyri-qanuni adlandıraraq, Avropa ölkələrinin bu seçkiləri tanımayacağını bəyan edib. F. Moqerini qondarma seçkilərin Ukraynada sabitliyin bərpasına ciddi maneə olduğunu əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR