Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 22 noyabr 2014 08:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – Bakıda zəncirvari yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 21-də saat 13:00 radələrində, Heydər Əliyev prospektində Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Gülağa Fərzəliyevin idarə etdiyi “Reno”, 1984-cü il təvəllüdlü Məmməd Nəcəfovun idarə etdiyi “Mercedes”, 1953-cü il təvəllüdlü Əşrəf Həsənovun idarə etdiyi “Mercedes”, 1979-cu il təvəllüdlü Natiq Xəlilovun idarə etdiyi “Honda”, 1977-ci il təvəllüdlü Xəyal Rzayevin idarə etdiyi “Hyundai”, 1968-ci il təvəllüdlü Asəf Eyvazovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Sürücülər M.Nəcəfov, Ə.Həsənov, G.Fərzəliyev və onun sərnişini 2003-cü il təvəllüdlü Xaliq Rəhimli, “Honda” avtomobilinin sərnişinləri – 1981-ci il təvəllüdlü Nuray Xəlilova, 2014-cü il təvəllüdlü Munisə Xəlilova və bacısı 2011-ci il təvəllüdlü Surə Xəlilova xəsarət alaraq müxtəlif tibb müəssisələrinə yerləşdirilib. S. Xəlilova saat 16:30 radələrində xəstəxanada dünyasını dəyişib, digər yaralılar yardım alıb evə buraxılıblar. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR