Gəncədə bələdiyyələr üçün yeni xəritələr hazırlanıb

Gəncədə bələdiyyələr üçün yeni xəritələr hazırlanıb
# 05 sentyabr 2014 17:00 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Gəncə şəhərindəki 3 bələdiyyə üçün yeni xəritələr hazırlanıb. APA-nın xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Göygöldə jurnalistlərə bildirib. O xatırladıb ki, 1999-cu il dekabrın 24-də ölkə prezidenti Heydər Əliyev bələdiyyə torpaqları və əraziləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən o vaxt 2666 bələdiyyə yaradıldığını söyləyən komitə rəhbəri kənd rayonlarında bələdiyyə islahatlarının uğurla getdiyini və onların sərhədlərinin müəyyən edilərək prosesin başa çatdığını vurğulayıb: “O vaxt şəhərlərdə islahat getməmişdi. 2000-ci ildən sonra Bakı və digər şəhərlərdə islahat aparılsa da, Gəncə bu islahatlardan kənar qalmışdı. Bu səbəbdən də şəhərdə həyətyanı sahələr, bağlar, tikililər və s. təyinatlar üzrə torpaqlar və sənədlər verilə bilmirdi. Bir müddət əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Gəncə şəhər İcra Hakimiyyəti Aparatının iştirakı ilə Gəncədə bələdiyyələrin islahatı aparıldı, şəhərdə olan Kəpəz, Nizami və Hacıkənd bələdiyyələrinin sərhədləri müəyyən edildi. Bundan sonra sözügedən bələdiyyələr həmin ərazilərdə yaşayanlara tikili, bağ, ticarət və s məqsədlər üçün torpaq və sənədlər verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR