Bakıda keçiriləcək IV Humanitar Forum çərçivəsində 8 mövzu üzrə dəyirmi masalar təşkil olunacaq

Bakıda keçiriləcək IV Humanitar Forum çərçivəsində 8 mövzu üzrə dəyirmi masalar təşkil olunacaq
# 13 avqust 2014 09:39 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Oktyabrın 2-3-də Bakıda keçiriləcək IV Humanitar Forum çərçivəsində 8 mövzu üzrə dəyirmi masalar təşkil olunacaq. APA-nın xəbərinə görə, bu barədə forumun rəsmi saytında məlumat verilib.


Dəyirmi masaların mövzuları aşağıdakılardır:

“Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”;

“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri”;

“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”;

“Davamlı inkişaf və ekoloji sivilizasiya”;

“Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”;

“Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”;

“Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”;

“Humanizm postmodern dövrün başlıca dəyəri kimi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR