“Albalı plus” xidmət şəbəkəsini genişləndirir

“Albalı plus” xidmət şəbəkəsini genişləndirir
# 26 sentyabr 2014 08:22 (UTC +04:00)

Bakı - APA-Economics. “Albali plus” (“Albalı”) kart sahibləri “MyBrands” mağazalar şəbəkəsində dəbli alış-veriş etmək imkanı qazanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kart istifadəçiləri United Colors of Benetton, Sisley, Accessorize, Nine West, Coast, Bebe, Pablosky, Six, Adidas, Liu Jo, Coccinelle, Hackett London, Tommy Hilfiger, Accessorize Monsoon, Benetton Kids kimi dəbli geyim mağazalarından istədikləri geyimi alıb, dəyərini 3 və 6 ay müddətinə ödəyə biləcəklər.

“MyBrands” haqda ətraflı məlumatı isə *0114 nömrəli telefondan, saytdan (mybrands.az) və yaxud Facebook səhifəsindən (https://www.facebook.com/mybrands.az) əldə etmək olar.

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda – “Albali plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. “Albali plus “ beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR