Qəbələdə fərdi evdə yanğın olub

Qəbələdə fərdi evdə yanğın olub
# 24 noyabr 2014 18:06 (UTC +04:00)

Bakı-APA. Qəbələ rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonu, Vəndam qəsəbəsində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR