Avropa Şurasının komissarı Ukrayna və Rusiyaya səfər edəcək

Avropa Şurasının komissarı Ukrayna və Rusiyaya səfər edəcək
# 08 sentyabr 2014 13:03 (UTC +04:00)

Bakı – APA. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieksin Kiyev, Moskva və Simferopola səfəri başlayır.

APA - nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, səfər sentyabrın 12-dək davam edəcək.

N. Mujnieks Kiyev və Moskvada Ukraynadakı böhranı, humanitar problemləri və məcburi köçkünlərin mövcud durumunu müzakirə edəcək.

AŞ nümayəndəsinin Krıma səfəri isə 3 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR