Nüşabə Sadıqlı: “Müsavat rəhbərliyini İŞİD-lə müqayisə edən bir insandan istefadan başqa nə gözləmək olardı?!”

Nüşabə Sadıqlı: “Müsavat rəhbərliyini İŞİD-lə müqayisə edən bir insandan istefadan başqa nə gözləmək olardı?!”
# 26 noyabr 2014 11:54 (UTC +04:00)

N. Sadıqlı APA-ya açıqlamasında deyib ki, R. Əliyev Müsavat rəhbərliyini İŞİD terror təşkilatına bənzədib: “O demişdi ki, Müsavat rəhbərliyində təmsil olunan insanlar İŞİD-in tərəfdarlarından pisdir. Bu cür müsavatçıdan istefadan başqa daha nə gözləmək olar ki? Müsavat Partiyasının rəhbərliyini İŞİD-lə müqayisə edən adamın özünü müsavatçı adlandırmağı düzgün deyildi. Ancaq yenə də mən buna təəssüflənirəm. O bildirir ki, Hikmət Hacızadənin olmadığı partiyada qalmaq istəmir. Hikmət Hacızadəni kimsə Müsavatdan çıxarmayıb. O, öz ərizəsi ilə istefa verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR