Gəncədə köşkdən oğurluq edən şəxs tutulub

Gəncədə köşkdən oğurluq edən şəxs tutulub
# 24 sentyabr 2014 15:25 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində köşkdən pul oğurlayan şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə sentyabrın 1-də baş verib. Naməlum şəxs və ya şəxslər şəhərin Heydər Əliyev prospekti bina 149-un qarşısında yerləşən köşkün pəncərəsini sındıraraq içəriyə daxil olublar və oradan 1077 manat pulu oğurlayıblar. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin bir neçə dəfə məhkumlu həyatı yaşayan, 1989-cu il təvəllüdlü Abdullayev Samir Əbülfəz oğlu olduğu müəyyən edilib. S. Abdullayev Bakı şəhərində saxlanılaraq Gəncəyə gətirilib istintaqa təqdim edilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR