Cənubi Koreyada Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin təqdimatı keçirilib

Cənubi Koreyada Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin təqdimatı keçirilib
# 05 noyabr 2014 14:24 (UTC +04:00)

Bakı – APA. 6-7 noyabr tarixlərində Seulda keçiriləcək “Səmərli inkişaf naminə qlobal tərəfdaşlıq” adlı konfransa hazırlıq məqsədilə 3-5 noyabrda Cənubi Koreyanin Seonqnam şəhərində təşkil olunmuş eyni adlı seminarda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) əməkdaşı Etibar Kərimov agentliyin fəaliyyəti ilə əlaqədar təqdimatla çıxış edib. XİN-in mətbuat katibliyindən APA-ya verilən xəbərə görə, agentlik tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələr barədə məlumat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Donor ölkəsinə çevrilmək niyyətində olan dövlətlər üçün AIDA təcrübəsinin faydalı ola biləcəyini nəzərə alaraq, təşkilatçılar bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə müvafiq tədbirin təşkili ilə əlaqədar yaxın zamanlarda müzakirələrin aparılması təklif ediblər.

Koreya Xarici İşlər Nazirliyi, Koreya Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının təşəbbüsü ilə təşkil olunan tədbirə dünyanın 100-ə yaxın ölkəsi və 10-dan çox beynəlxalq təşkilatın nümayəndəsi qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR