“AXA Mbask” uşaqlar üçün rəsm yarışması keçirir

“AXA Mbask” uşaqlar üçün rəsm yarışması keçirir
# 08 dekabr 2014 06:57 (UTC +04:00)

Bakı - APA-Economics. “AXA Mbask” sığorta şirkəti uşaqlar üçün “Sığortalı gələcək” adlı rəsm yarışması keçirir.

Yarışmada 6-12 yaş arası uşaqlar iştirak edə bilər. Rəsmlər A4 (albom vərəqi) və A3 (2xA4) formatlarında istənilən texniki üslubda qəbul edilir.

Rəsmləri 10 dekabrdan yanvarın 25-dək (iş vaxtı, istirahət günlərindən başqa) “AXA Mbask” şirkətinin baş ofisi (“Azure” Biznes Mərkəzi, Nobel prospekti 15) və ya elektron poçtuna göndərə bilərsiniz: [email protected] (əgər rəsm yarışmada qalib gələrsə, onun əslini şirkətin ofisinə təqdim etmək lazım olacaq).

Hər bir rəsm imzalanmalı (uşağın soyadı və adı tam olaraq göstərilməklə), uşağın yaşı və əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.

Yarışmanın iştirakçıları mövzunu sərbəst olaraq (böyüklərin iştirakı olmadan) işləməlidir.

26-27 yanvar 2015 il tarixində münsiflər heyəti (“AXA Mbask” şirkətinin İdarə Heyətinin üzvləri) yarışmaya təqdim edilən rəsmlər arasından 6 rəsm işi seçəcək:

- 6-8 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi;

- 8-12 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi.

Birinci yerin sahiblərinə 300 manat, ikinci yerin sahiblərinə 200 manat və üçüncü yerin sahiblərinə 100 manat mükafat veriləcək. Yarışmada əlavə mükafatların da təqdim edilməsi gözlənilir.

Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.

Qaliblərin elan edilməsi və mükafatlandırılması 30 yanvar 2015 ildə şirkətin ofisində baş tutacaqdır.

Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında və “AXA Mbask”ın baş ofisində yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR