Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı BMT-nin Azərbaycan Nümayəndəliyinin qarşısına yürüş olub - FOTOSESSİYA

Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı BMT-nin Azərbaycan Nümayəndəliyinin qarşısına yürüş olub - <span style="color: red;">FOTOSESSİYA
# 26 noyabr 2014 09:43 (UTC +04:00)

APA-nın məlumatına görə etiraz aksiyasında QAT üzvlərindən başqa, D. Əsgərov və Ş. Quliyevin ailə üzvləri, qohumları da iştirak ediblər.

Şəhidlər xiyabanından BMT-nin Azərbaycan Nümayəndəliyinin qarşısına yürüşlə başlayan aksiyanın qarşısı polis tərəfindən alınıb, yürüş iştirakçılarından yalnız dörd nəfərinin Nümayəndəliyin binası qarşısına getməsinə imkan yaradılıb.

Aksiyanın keçirilməsində məqsəd BMT və digər beynəlxalq təşkilatların girov götürülən vətəndaşlarımızın taleyinə biganə yanaşmasına diqqət çəkmək olub. Etiraz aksiyasının iştirakçıları “Rədd olsun BMT”, “Rədd olsun Minsk Qrupu” və başqa şüarlar səsləndiriblər.

Sonda aksiyanın qətnaməsi BMT-nin Bakı Ofisinə təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR