Sabah Bazeldə Kerri ilə Lavrov arasında görüş keçiriləcək

Sabah Bazeldə Kerri ilə Lavrov arasında görüş keçiriləcək
# 03 dekabr 2014 19:55 (UTC +04:00)

Bakı-APA. Dekabrın 4-də İsveçrənin Bazel şəhərində ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olacaq.

Diplomatik mənbələrdən daxil olan məlumatlara əsasən, görüşdə münaqişənin nizamlanma yolları və Minsk protokolunun icrası müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR