TQDK bəzi fənlər üzrə test toplularını yenidən nəşr edib

TQDK bəzi fənlər üzrə test toplularını yenidən nəşr edib
# 03 noyabr 2014 13:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan bölməsi üzrə riyaziyyat, fizika, biologiya və kimya fənlərindən, rus bölməsi üzrə isə riyaziyyat, fizika və kimya fənlərindən test bankının həm açıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsini bəzi əlavələrlə yenidən nəşr edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, digər fənlərdən də test toplularının nəşri nəzərdə tutulur. Vəsaitləri TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR