“Azərpoçt”un ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 17,5 mln. manatı ötüb

“Azərpoçt”un ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 17,5 mln. manatı ötüb
# 13 noyabr 2014 12:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin doqquz ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı 10,1%, beynəlxalq sadə məktub və banderolların sayı 5,1%, beynəlxalq bağlamaların sayı 0,1%, daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 2,5% artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə daxil olan məlumata görə, “Azərpoçt” MMC tərəfindən 2014-cü ilin 9 ayı ərzində əməkhaqqı layihəsi çərçivəsində 6 652 ədəd “MasterCard” loqolu beynəlxalq ödəniş kartı emissiya edilərək müştərilərə təqdim olunub.

Oktyabrın 1-nə olan məlumata görə, MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı 10 667 ədəddir. Hesabat dövründə MMC-yə məxsus ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 17,5 mln. manatı ötüb. Bank xidmətlərinin tətbiqi ilə əlaqədar 15 ATM avadanlığı və 106 POS-terminal vasitəsi ilə əhaliyə xidmət göstərilir. MXİL-in əhatəsini genişləndirmək məqsədilə “Azercell Telekom” MMC-nin “3G” xidmətindən istifadə etməklə 70 ədəd kənd poçt şöbəsi “Azərpoçt” şəbəkəsinə qoşulub.

“Azərmarka” şirkəti tərəfindən isə bu ilin 9 ayı ərzində 14 mövzuda 39 poçt markası, 6 növ poçt kartı və 6 növ zərf hazırlanaraq dövriyyəyə buraxılıb. Hesabat dövründə RYTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər də görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR