“Expressbank”ın əməkdaşı dünya çempionu olub - FOTO

“Expressbank”ın əməkdaşı dünya çempionu olub - <span style="color: red;">FOTO
# 03 noyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Expressbank”ın əməkdaşları mütəmadi olaraq müxtəlif idman yarışlarında iştirak edib, yüksək nəticələr əldə edirlər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə bankın əməkdaşı Səxavət Əliyev oktyabr ayında İstanbulda keçirilən K-1 Free Contact üzrə dünya çempionatında “90 kq+” çəki dərəcəsində qızıl medal qazanıb.

Həmin turnirdə Azərbaycandan 30 idmançı yollanıb. Bu yarışlarda 15 döyüş növü üzrə turnirlər keçirilib. Azərbaycanın 3 idmançısı birincilik, 2 idmançısı gümüş medal, 3 idmançısı isə kəmərə sahib olub.

Qeyd edək ki, avqust ayında Expressbank-ın digər əməkdaşı Anapa şəhərində keçirilən qaydasız döyüş üzrə dünya kubokunda iştirak edib və Ermənistandan olan idmançını texniki nokaut ilə məğlub edərək, “75 kq” çəki kateqoriyasında birincilik qazanıb.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və 100-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR