Gənclər və idman naziri Azad  Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad  Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək
# 03 noyabr 2014 08:36 (UTC +04:00)

Bakə-APA. Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbut xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR