Sergey Lavrovun Qazaxıstana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunacağı gözlənilir

Sergey Lavrovun Qazaxıstana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunacağı gözlənilir
# 06 avqust 2014 11:58 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu günə planlaşdırılan Qazaxıstan səfəri zamanı Gömrük İttifaqı və Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir. APA-nın “gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, S. Lavrovun qazax həmkarı Erlan İdrisovla inteqrasiya məsələləri və iqtisadi əməkdaşlıq barədə müzakirə aparacağı deyilsə də, analitiklər Azərbaycan və Ermənistan arasında artan gərginliyin diqqətdən kənarda qalmayacağını düşünürlər. Rusiya-Ukrayna münasibətləri və bu münasibətlərin Avrasiya İttifaqının gələcəyinə təsiri barədə diskussiyalar da istisna olunmur.

Qeyd olunur ki, bundan əvvəl Ermənistandan Gömrük İttifaqına Qarabağsız daxil olmasını tələb edən Qazaxıstan Azərbaycanın əsas tərəfdaşlarındandır və rəsmi Astana gərginliyi azaltmaq üçün Rusiya qarşısında məsələ qaldıra bilər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR