Astarada arvadına işgəncə verən şəxs barəsində cinayət işi başlanıb - VİDEO

Astarada arvadına işgəncə verən şəxs barəsində cinayət işi başlanıb - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2013 16:28 (UTC +04:00)

Zərərçəkmişin müalicə həkimi Etibar Cəlilov APA-nın cənub bürosuna bildirib ki, Nisə artıq sərbəst danışa bilir, həyatı üçün təhlükə arxada qalıb: “Hazırda xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunur, intensiv müalicə tədbirləri davam etdirilir”.

Hadisədə təqsirləndirilən Çingiz Mehdiyev isə hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona xəyanət etdiyini bildirib: “Yeddi ildir, arvadımdan çəkirəm. Bir dəfə boşamışdım, 9 ay öncə. Uşaqlarımı da gedib götürüb gətirdim, dedim ki, düzələr, düzəlmədi. Gecə saat 2.00 idi, yatmışdım, uşaq da çarpayıda yatmışdı. Durub gördüm ki, yoldaşım yoxdu, uşaq isə ağlayır. Uşağımı götürüb aparmışam qonşuya. Qonşuya aparandan sonra yoldaşımı axtarmışam. Saat 4.00 olardı, gördüm ki, yoldaşım maşından düşdü. Məni görəndə qaçıb girdi edə. Bir dəfə əlimlə, bir də çubuqla vurmuşam onu. Amma bıçaq söhbəti olmayıb. Bıçaq mizin üstündə olub, götürmüşəm ki, özümü müdafiə edim. Onların ailəlikcə üstümə gəlirdilər. Mən özümü müdafiə etmişəm”.

Çingizin anası Həyat Mehdiyeva isə oğlunun Nisə Xəlilova ilə 9 il öncə ailə həyatı qurduğunu, 7 ildir, gəlinlərinin düzgün yolda olmadığını, oğlu Çingizə xəyanət etdiyini, başqa bir kişi ilə görüşdüyünü deyib. Oğlunun narkotik aludəçisi kimi qələmə verilməsini isə ana şər və böhtan adlandırıb: “Yoxlasınlar, mənim uşağım içki içib, ancaq narkotik qəbul etməyib”.

N. Xəlilovanın anası Sevda Xəlilova isə ittihamları rədd edərək, qızının öz ailəsinə daim sadiq olduğunu deyib. S. Xəlilovanın sözlərinə görə, hadisə baş verən gün də Çingiz özü Nisəni bibisi qızı Qızqayıtgilə aparıb və gecə saat 3.00 radələrində Nisəni onlardan götürmək üçün içkili halda dalınca gedib: “Onlar özlərini müdafiə etmək üçün belə danışırlar. Dəfələrlə döyülüb, atası gətirib. Evimdə aylarla qalıb, yenə gəlib aparıb”.

Artıq faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Çingiz Mehdiyev hələlik saxlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR