İranın Rusiyadakı səfiri: “Tehran S-300 komplekslərinin satışına dair Rusiya ilə imzalanan müqaviləni legitim hesab edir”

İranın Rusiyadakı səfiri: “Tehran S-300 komplekslərinin satışına dair Rusiya ilə imzalanan müqaviləni legitim hesab edir”
# 14 fevral 2014 14:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Tehran Rusiya ilə S-300 hava hücumundan müdafiə komplekslərinin alqı-satqısına dair müqaviləni qanuni və legitim hesab edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sənai deyib.

Səfirin fikrincə, iki ölkə arasında imzalanmış müqavilə icra olunmalıdır: “İran mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsinə təkid edir. İki ölkə arasında S-300 əvəzinə başqa komplekslərin verilməsi haqqında söhbət olub. Lakin biz istərdik ki, ilk olaraq S-300-lə bağlı müqavilə icra edilsin”.

Qeyd edək ki, İrana S-300-lərin satılması ilə bağlı müqavilə 2007-ci ilin sonunda imzalanıb. 2010-cu ildə Rusiya BMT Təhlükəsizlik Şurasının İrana qarşı müasir silahların satılmasını qadağan edən sanksiyasından sonra müqaviləni icra etməkdən vaz keçib. İran isə buna cavab olaraq Rusiyaya qarşı məhkəmə iddiası qaldırıb. Rəsmi Tehran “Rosoboroneksport”dan 4 mlrd dollar təzminat tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR