Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış iki uşaq xilas edilib

Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış iki uşaq xilas edilib
# 16 dekabr 2013 22:48 (UTC +04:00)

Bakı-APA. Gəncə şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən nəzarətsiz vəziyyətdə aşkarlanmış azyaşlılar aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR