Komitə sədri: “Qısa müddət ərzində Azərbaycanın bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib”

Komitə sədri: “Qısa müddət ərzində Azərbaycanın bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib”
# 26 dekabr 2013 08:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Qısa müddət ərzində Azərbaycanın bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib, həmçinin qadınların təmsilçiliyi artıb. Artıq bütün rayonlar da qadınlar müavin səviyyəsində təmsil olunurlar. Son seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artaraq, 26,7 faiz olub”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2013-cü il üçün yekun kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl çox az sayda qadın təşkilatları fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 200-dən çoxdur. H. Hüseynovanın sözlərinə görə, bu da qadınların iqtisadi, sahibkarlıq, hüquqi müstəvidə öz hüquqlarını bildiyini və təşkilatlanmış formada fəaliyyət göstərdiyini sübut edir.

Son 10 il ərzində Azərbaycanın bir çox istiqamətlərdə əldə etdiyi uğurlardan danışan Komitə sədri qeyd edib ki, bu illər ərzində ölkədə 1 milyon 200 min yeni iş yeri açılıb: "Yoxsulluq təxminən on dəfə 49 faizdən 5,5 faizədək azalıb. Son 20 ildə əhalinin sayı 2 milyon artaraq 9 milyon yarıma çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR