Ketrin Eşton: “İranla növbəti nüvə müzakirələri seçkilərdən sonra keçirilməlidir”

Ketrin Eşton: “İranla növbəti nüvə müzakirələri seçkilərdən sonra keçirilməlidir”
# 27 may 2013 16:11 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla “altılıq” ölkələri arasında növbəti müzakirələr prezident seçkilərindən sonra aparılmalıdır. APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton bildirib. O deyib ki, İran tərəfini müzakirələrdə təmsil edən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili prezidentliyə namizədlərdən biridir və bu ölkədə kimin prezident seçilməsindən asılı olaraq müzakirələr prosesinə yanaşma müxtəlif ola bilər: “Hesab edirəm ki, növbəti nüvə müzakirələr haqqında seçkilərdən sonra düşünmək doğru olardı. Biz seçkilərin nəticəsini gözləməliyik”.

Qeyd edək ki, İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR