Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - FOTO - VİDEO

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 iyul 2013 14:08 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda MSK-nın 5 iyun və 18 iyun qərarı təsdiq edilib.

MSK sədri Məzahir Pənahov yaxın gələcəkdə qurumun qarşısında duran vəzifələr haqda danışıb. M. Pənahov seçkilərin keçirilməsinə hazır olduqlarını qeyd edərək KİV-in seçkilərlə bağlı keçirilən tədbirləri lazımı səviyyədə işıqlandırılmasının tərəfdarı olduğunu deyib. M. Pənahov maarifləndirici seminarların keçirilməsi haqda da danışıb, bu kursların yaradıcı olmasının əhəmiyyətini də vurğulayıb.

MSK katibi Natiq Məmmədov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair çıxış edib.

MSK katibi Arifə Muxtarova və qurum üzvü Şaitdin Əliyev bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər haqda məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR