İrakli Qaribaşvili: “Gürcüstanın yeri Avropadadır”

İrakli Qaribaşvili: “Gürcüstanın yeri Avropadadır”
# 27 mart 2014 11:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan hakimiyyətinin nümayəndələri müxtəlif tribunalardan dəfələrlə bizim Avropa seçimimiz barədə bəyanatlar veriblər. Bu gün mən bir daha məmnunluqla bildirirəm ki, bizim siyasi məqsədimiz avrointeqrasiya vasitəsilə Avropa dövlətləri ailəsinə qayıtmaqdır. Bu, bizim ümumi məqsədimizdir. Avropa ideyasını gürcü xalqı və bütün əsas siyasi partiyalar dəstəkləyir. Bu ideya artıq ümummilli ideyaya çevrilib”. APA-nın Gürcüstan müxbirinin xəbərinə görə, bu sözləri “Avropa Birliyi ilə iqtisadi inteqrasiya – perspektivlər və imkanlar” mövzusunda Tiflisdə keçirilən beynəlxalq konfransda Gürcüstanın baş naziri İraklli Qaribaşvili deyib.

İ. Qaribaşvili bildirib ki, Avropaya inteqrasiya Gürcüstan üçün dönməz bir prosesdir: “Biz dərk etmişik ki, Gürcüstanın yeri Avropadır. Biz hesab edirik ki, Avropa Birliyi Gürcüstanın Avropa perspektivini tanımalıdır. Bu gün aydın olub ki, “Şərq Tərəfdaşlığı”nın uğurlu ölkələrinə AB-yə üzvlük vədi verilməsə, Ukraynada baş verən böhran təkrarlana bilər”.

Beynəlxalq konfrans 4 sessiyada öz işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR