Azərbaycan ərazisində hava yağmursuz keçəcək, bəzi rayonlarda temperatur 21 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində hava yağmursuz keçəcək, bəzi rayonlarda temperatur 21 dərəcəyə yüksələcək
# 24 mart 2014 10:36 (UTC +04:00)

Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 4-6, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 25-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR