Ombudsman Pərviz Həşimli ilə görüşüb

Ombudsman Pərviz Həşimli ilə görüşüb
# 26 noyabr 2013 08:37 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd orada saxlanılan şəxslərlə görüşmək, saxlanılma şəraiti və vəziyyəti araşdırmaq olub.

Orada saxlanılan şəxslərlə təkbətək görüş zamanı saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb. Müəssisənin tibbi təminat məsələləri araşdırılan zaman tibbi sanitar otağının müasir tibbi avadanlıqla təchiz edildiyi, lazımi dərman preparatları ilə təmin olunduğu, həkimin 24 saat fəaliyyət göstərdiyi müəyyən edilib. Saxlanılan şəxslər qanunvericiliyə uyğun olaraq, gün ərzində 3 dəfə keyfiyyətli qida və 2 saat gəzinti ilə təmin olunduqları məlum olub.

Müəssisədə saxlanılan digər təqsirləndirilən şəxslərlə yanaşı, «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimovla da görüş olub, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olunub.

Görüş zamanı P. Həşimov da saxlanma şəraiti və qidalanmadan narazılıq etməyib. Eyni zamanda o, ittiham olunduğu maddələrlə razılaşmadığını, barəsində olan istintaqın sürətləndirilməsi, ailəsi ilə görüş və telefon danışıqları verilməsi, istədiyi qəzetlərlə təmin olunması və Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı Müvəkkilə müraciət edib.

Sənədləri ilə tanışlıq zamanı Səbail Rayon Məhkəməsinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında qərarında icranın MTN-in MSY və İT-yə həvalə olunduğunun qeyd edildiyi müəyyən edilib. Həmçinin, MSY və İT-nin həkimi ilə söhbət zamanı P. Həşimovun müayinə olunaraq onun arzusu ilə elektrokardioqramının çıxarıldığı və narahatlığa səbəb olmadığı bildirilib. Eyni zamanda onun saxlandığı müddətdə vəkilləri ilə 20 dəfədən artıq təkbətək görüşlər keçirdiyi müəyyən edilib.

Bundan başqa, P. Həşimovun təcridxanada ümumiyyətlə hər hansı aclıq aksiyası keçirmədiyi, onun gündəlik yeməyi qəbul etdiyi məlum olub.

Müvəkkil görüşdən sonra başçəkmənin nəticələrini və P. Həşimovun qaldırdığı məsələləri milli təhlükəsizlik naziri, İstintaq Baş İdarəsinin rəisi və MSY və İT-nin rəisi ilə ayrı-ayrılıqda müzakirə edib, bəzi məsələlərin müsbət həlli razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR