Şəkidə gənclər üçün biznes treninq keçirilib

Şəkidə gənclər üçün biznes treninq keçirilib
# 27 noyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə gənclər üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Biznes ideyanı yarat», «Öz biznesinə başla» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında təşkil edilən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, insan resurslarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR