57  yaşlı Lənkəran sakinini elektrik cərəyanı vuraraq öldürüb - FOTO - VİDEO

57  yaşlı Lənkəran sakinini elektrik cərəyanı vuraraq öldürüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 aprel 2014 14:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 14-də saat 15.00 radələrində şəhərin Nəriman Nərimanov küçəsində yeni tikilməkdə olan obyektdə qeydə alınıb. Şəhərin Kələntərlər küçəsi, 52 ünvanında yaşayan 57 yaşlı Eynulla Əsəd oğlu Hüseynov qaynaq işləri apararkən ehtiyatsızlıqdan əlindəki armatur yuxarıdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə usta hadisə yerindəcə yüksək cərəyan vurmasından dünyasını dəyişib.

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR