Rus dilini, Rusiya tarixini və qanunvericiliyini bilməyən miqrantların bu ölkədə çalışmasına icazə verilməyəcək

Rus dilini, Rusiya tarixini və qanunvericiliyini bilməyən miqrantların bu ölkədə çalışmasına icazə verilməyəcək
# 20 noyabr 2013 11:20 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib. O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır: “2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR