İran XİN rəhbəri: “Qarşıda bizləri mürəkkəb və intensiv müzakirələr gözləyir”

İran XİN rəhbəri: “Qarşıda bizləri mürəkkəb və intensiv müzakirələr gözləyir”
# 17 fevral 2014 09:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Qarşıda bizləri mürəkkəb və intensiv müzakirələr gözləyir”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gecə dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflər arasındakı nüvə müzakirələrində əsas problem ABŞ başda olmaqla Qərb ölkələrinə İran xalqının etimadsızlığı və onların İran xalqı ilə keçmiş illərdə və son dekadalarda mənfi davranışlarından qaynaqlanır: “Birgə Fəaliyyət Planı, yaxud Cenevrə razılaşması “altılıq” ölkələri üçün bir fürsət meydana gətirib. Yəni etimadsızlıqların azaldılması üçün bu imkandan yararlanmağa hələ də bir neçə ay qalır. Vyanadakı növbəti görüşümüz də Cenevrə danışıqlarının davamı olaraq maksimum bir il ərzində yekun addımların atılmasına gətirib çıxaran müzakirədir. Rəsmi Tehran İran xalqının hüquq və mənafelərini nəzərə alaraq müzakirələrə qatılır. Qarşı tərəfin hazır olacağı təqdirdə, 6 ay içərisində yekun razılaşmanın əldə edilməsi mümkün olacaq”.

M.C.Zərif həmçinin deyib ki, ABŞ rəsmilərinin İran əleyhinə təhqir dolu ifadələri yeni deyil: “Son 30 ildə onlar dəfələrlə bu cür mövqe nümayiş etdiriblər. Bu kimi sözlər İran xalqı və rəsmiləri üçün əhəmiyyətsizdir. ABŞ rəsmilərinin sözlərinə çox diqqət yetirilir. Halbuki içi boş və mənasız olan bu kimi sözlərə dəyərinə görə reaksiya vermək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR