Lənkəranda 70 yaşlı kişi dənizdə boğulub

Lənkəranda 70 yaşlı kişi dənizdə boğulub
# 22 iyun 2014 19:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 70 yaşlı kişi dənizdə çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1944-cü il təvəllüdlü Akif Yunus oğlu Tağıyev iyunun 22-də saat 18.30 radələrində dənizdə çimərkən boğulub.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının axtarışları sayəsində A.Tağıyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti yerə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR