Bakıda maşın dirəyə çırpılıb: 3 nəfər ağır yaralanıb - FOTOSESSİYA - VİDEO

Bakıda maşın dirəyə çırpılıb: 3 nəfər ağır yaralanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 04:48 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yusif Səfərov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində işıq dirəyinə çırpılıb.

Zərbə o qədər güclü olub ki, işıq dirəyi yerindən qoparaq, yola aşıb.

Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Yaralılar deformasiyaya uğramış avtomobildən çıxarılıblar və təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, hər üç yaralının vəziyyəti ağırdır. Onların şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından, ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR