Türkiyədə həyata keçirilən Qarabağ Təbliğat Turuna yekun vurulub - FOTO

Türkiyədə həyata keçirilən Qarabağ Təbliğat Turuna yekun vurulub - <span style="color: red;">FOTO
# 04 oktyabr 2013 13:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyədə həyata keçirilən Qarabağ Təbliğat Turunun yekun mərasimi keçirilib.

QAT-dan APA-ya verilən məlumata görə, heyət üzvləri Türkiyənin Çanaqqala məzarlığından götürdükləri torpağı Bakıda Şəhidlər Xiyabanındakı məzarlara və Şamaxı yaxınlığındakı Türk Əsgərinin məzarlığına səpiblər.

Mərasimdə şəhidlərin ruhlarına dualar oxunub, xatirələri yad edilib. Tədbirdə QAT sədri Akif Nağı, Azad Qarabağ Uğrunda Alyansın üzvləri Məmmədhəsən Həsənov, Jalə Cəfərova, Rövşən Əhmədli, Şahmar İbrahimov, Sərvər Musayev, İlqar Əliyev, Cəfər Dal və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edən QAT sədri Akif Nağı Qarabağı Türk-İslam birliyinin xilas edəcəyinə inandığını vurğulayıb: “Çanaqqalada Türkiyə və Azərbaycan türklərinin qanı ilə suvarılmış torpağı Azərbaycana gətirdik, şəhidlərin məzarına səpdik. Bu tarix bir daha göstərir ki, Qarabağı İslam və Türk dünyasının birliyi, birgə savaşı xilas edəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR