Azərbaycan paytaxtında qurbanlıq heyvanların satışı təşkil olunacaq

Azərbaycan paytaxtında qurbanlıq heyvanların satışı təşkil olunacaq
# 14 oktyabr 2013 10:40 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

Qurbanlıq heyvanların satış ünvanları:

Qaradağ rayonu

- Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı;

- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;

Səbail rayonu

- Bibiheybət yolu, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanı;

- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;

Yasamal rayonu

- Şərifzadə küçəsi, 196, “İdeal” şadlıq sarayının həyəti;

Binəqədi rayonu

- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi;

- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, “Baksol” yolu ilə kəsişmənin yanı;

- Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı);

- Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Nizami rayonu

- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, “Milord” restoranının yanı;

Xətai rayonu

- Nobel prospekti, “Nargilə” kafesinin yanı;

- Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;

Sabunçu rayonu

- Bakıxanov qəsəbəsi, dəmiryolu stansiyasının arxa hissəsi;

- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Suraxanı rayonu

- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;

- Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı;

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı;

- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;

- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;

Xəzər rayonu

- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu;

- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı;

- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, “Bank of Baku”nun qarşısı;

Qeyd edək ki, qurbanlıq heyvanların satış yarmarkaları oktyabrın 15-16-da fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR