Bakıda 28 yaşlı oğlan qətlə yetirilib

Bakıda 28 yaşlı oğlan qətlə yetirilib
# 17 sentyabr 2013 16:04 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şövkət Məmmədova küçəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü, Fizuli rayonundan olan məcburi köçkün Elçin Teyyub oğlu Allahverdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb. E. Allahverdiyev ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda E. Allahverdiyevi qətlə yetirən şəxsin tapılması istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR