«Bank Technique»in aktivləri ötən il 25% artıb

«Bank Technique»in aktivləri ötən il 25% artıb
# 30 yanvar 2014 13:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 521,610 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 25,6% artaraq 334,315 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 83,647 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 22,6% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 11,5% azalaraq 88,647 mln. manata, onların məcmu kredit portfelində xüsusi çəkisi isə 6,9 faiz bəndi azalaraq 17,0%-ə düşüb.

Hesabat ilində bankın depozit portfeli 68,7% artaraq 313,815 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətləri 200,324 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 74,2% çoxdur.


Ötən il bankın məcmu kapitalı 47,0% artaraq 61,856 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,9% artaraq 75,100 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində «Bank Technique»in cəmi müştərilərinin sayı 6,4% artaraq 117 764, o cümlədən fiziki şəxslərin sayı 6,3% artaraq 117 764, hüquqi şəxslərin sayı 7,0% artaraq 6 130 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 59 184-ə bərabər olub ki, bu da illik müqayisədə 38,0% çoxdur. O cümlədən, debet kartların sayı 93,3% artaraq 11 564, kredit kartların sayı 29,0% artaraq 47 620 təşkil edib.


Hazırda bankın ölkə üzrə 32 filialı, 68 bankomatı, 634 POS-terminalı fəaliyyət göstərir. Bankın 816 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR