Ceyms Uorlik: “Ümid edirik ki, bu ay Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq” - VİDEO

Ceyms Uorlik: “Ümid edirik ki, bu ay Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq” - <span style="color: red;">VİDEO
# 11 mart 2014 07:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” sosial şəbəkədəki səhifəsində yazıb.

O əlavə edib ki, yalnız dövlət başçıları sülh problemi ilə bağlı çətin məsələləri müzakirə edə bilərlər.

Qeyd edək ki, martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib.

Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR