Moskva və Ankara Suriya ilə bağlı konfransın tezliklə çağırılması vacib sayırlar

Moskva və Ankara Suriya ilə bağlı konfransın tezliklə çağırılması vacib sayırlar
# 09 noyabr 2013 17:47 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Əhməd Davudoğlu bu gün aralarında baş tutmuş telefon danışığında Suriyadakı vəziyyəti müzakirə ediblər. “Suriya hökumətinin və əsas müxalifət və etnik-konfessional qruplarının nümayəndələrinin iştirakı ilə Suriya üzrə konfransın (“Cenevrə-2”) tezliklə çağırılmasının zəruriliyi vurğulanıb”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.

Tərəflər həmçinin Rusiya-Türkiyə yüksək səviyyəli əməkdaşlıq şurasının 4-cü toplantısına hazırlıq kontekstində ikitərəfli əlaqələri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR